Sumqayıtda mebel fabrikinin süngər anbarı tamamilə yanıb

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Azərbaycan prospektində yerləşən mebel fabrikinə məxsus süngər anbarında qeydə alınıb.

Məlumata görə, anbarda baş verən yanğın nəticəsində obyekt tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Süngərlərin alovlanma sürəti səbəbilə alov qısa müddətdə bütün anbarı bürüyüb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır. Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More