Böyük Britaniya Donald Tramp ABŞ prezidenti olduqdan sonra Rusiyanın kiberhücumları və kəşfiyyat fəaliyyətlərinin əsas hədəfinə çevrilib.
“Report” xəbər verir ki, bu sözləri “The Times” qəzetinə adı açıqlanmayan yüksək rütbəli britaniyalı məmur deyib.
“Biz bir nömrəli hədəfik” – deyən məmur bildirib ki, krallığın kəşfiyyat xidmətləri ilin əvvəlindən Moskvadan hibrid hücumların, o cümlədən kiberhücumların və əsas infrastruktur obyektlərə təxribata cəhdlərin artmasını qeydə alıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.