Tramp Qəzzada vəziyyətin bir həftəyə həll olunacağına ümid edib

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin bir həftə ərzində həll olunacağını etiraf edib.

“Report” xəbər verir ki, o, müvafiq bəyanatı Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbəti zamanı verib.

Ağ Ev rəhbəri Fələstin anklavında atəşkəslə bağlı danışıqların gedişi ilə bağlı sualı cavablandırarkən deyib:

“Qəzzə ilə bağlı danışıqlar davam edir və ümid edirəm ki, biz gələn həftə ərzində nizamlanmaya nail olacağıq. Nə baş verəcəyini görəcəyik”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More