Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin və səfərbərliyin müddətinin uzadılması haqqında qanun layihələrini təqdim edib.
“Report”un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, sənədlər Ali Radanın saytında yerləşdirilib.
Hazırda Ukraynada hərbi vəziyyət və səfərbərlik bu il avqustun 6-na qədər davam edir. Müvafiq olaraq, onlar 90 gün müddətinə, avqust 7-dən noyabrın 5-nə qədər uzadılmalıdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.