ABŞ-nin müdafiə naziri Pit Heqset siyasi məsələlər üzrə müavini Elbridc Kolbidən məktub aldıqdan sonra Kiyevə bir sıra silahların tədarükünü dayandırmaq qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Qəzetin yazdığına görə, Kolbi iyunun əvvəlində Heqsetə bir qeyd göndərib və orada Ukraynanın Amerika silahlarına dair sorğularının Pentaqonun ehtiyatlarını daha da tükədə biləcəyini təsvir edib.
Nəşr qeyd edib ki, sənəddə heç bir tövsiyə yoxdur, lakin bu, Pentaqonun Kiyev hakimiyyətinə silah tədarükünü dayandırmaq qərarına töhfə verib.
Kolbi Vaşinqtonun Asiya regionundan kənarda götürdüyü hər hansı öhdəlikləri məhdudlaşdırmağı və diqqətini Çinə qarşı mübarizəyə yönəltməyi müdafiə edir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.