Xocalı sakini: Qısa zamanda İrəvan, Göyçə, Zəngəzura da dönüş sevincini yaşamağı arzulayıram

Mirzə Cabbarov Xocalı rayonunun Xanyurdu kəndinin sakinidir. 33 ildən sonra doğma yurda dönüşün sevincini yaşayır.

O, təəssüratlarını “Report”un Qarabağ bürosunun Xocalıya ezam olunan əməkdaşına açıqlayıb.

“1992-ci ildə kəndimizi məcburi tərk etmişdik. Bu gün sevinclə öz yurdumuza dönürük. Sevincimizin həddi-hüdudu yoxdur. Allahdan arzum budur ki, məcburi köçkün düşən bütün soydaşlarımız öz yurdlarına dönsünlər. Qısa zamanda İrəvan, Göyçə, Zəngəzura da dönüş sevincini yaşamağı hamıya arzu edirəm”, – deyə o bildirib.

Xatırladaq ki, bu gün ilk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə – 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə – 125 nəfər köçürülüb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More