Arda Turan: Futbol vacibdir, amma ailələrimizdən daha vacib heç nə yoxdur

Ukraynanın “Şaxtyor” futbol klubunun baş məşqçisi Arda Turan ölkədəki geosiyasi vəziyyətə görə qorxu hiss edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.

“Report” xəbər verir ki, Arda Turan bu fikirləri İspaniyanın “Marca” nəşrinə verdiyi müsahibədə dilə gətirib.

“Qorxu və ya qeyri-müəyyənlik hiss edirsinizmi?” sualna türkiyəli mütəxəssis bu cür cavab verib: “Bir saniyə belə. Buradakı insanlar təxminən 3 ildir çox çətin anlar yaşayır. Onların bunu hər gün və hər saniyə yaşadığı bir yerdə mən buna görə necə şübhə edə bilərdim? Biz Ukraynaya insanların həyatına öz işimizlə bir az sevinc qatmaq üçün gəldik. Futbolumuz və nailiyyətlərimizlə onları mümkün qədər xoşbəxt etməyə çalışacağıq. Mənim ürəyim və düşüncələrim həmişə onlarladır”.

Arda Turan “Bu vəziyyət komandanın gündəlik həyatına necə təsir edir? Oyunçularla müqavilə imzalamağı çətinləşdirirmi?” sualına da cavab verib. “Əlbəttə, təsir edir. Biz həyatdan danışırıq. Amma mənim oyunçularım inanılmaz dərəcədə peşəkardırlar. Nə baş versə də, onlar meydanda 100%-ni ortaya qoymağa çalışır. Mən onlara çox hörmət edirəm. Hər görüşdə deyirəm: “Futbol vacibdir, amma həyatda ailələrimizdən daha vacib heç nə yoxdur”. Mən əvvəldən onlara demişəm ki, həyatlarının hər bir aspektində onlarla birgəyəm”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More