Azərbaycanda milli parklara səfər edən tursitlərin sayı artıb

Azərbaycanda milli parklara 2025-ci ilin 6 ayı ərzində 87 542 turist səfər edib.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur:

“Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.

Mətbuat katibi onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində təbiətsevərlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More