Baş konsul: Türkiyə FETÖ ilə mübarizəni qətiyyətlə davam etdirir

Türkiyə dövləti FETÖ terror təşkilatına qarşı mübarizəsini qətiyyətlə davam etdirir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhdin növbəti ildönümü ilə bağlı jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvanda baş konsulu Asip Kaya deyib.

O qeyd edib ki, bu günə qədər böyük yol qət olunub, təşkilatın beynəlxalq bağlantıları və ona bağlı şirkətlər ifşa edilib:

“Bu mübarizədə dost ölkələr də bizə dəstək göstərdi. Xüsusilə Azərbaycana təşəkkür edirik. Çevriliş cəhdinin başladığı andan etibarən qardaş Azərbaycan türk xalqının yanında oldu. Tarixi qardaşlıq çərçivəsində gözəl bir həmrəylik nümayiş etdirildi”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More