Çexiya ABŞ-nin Ukraynaya sonrakı tədarük üçün Amerika silahlarının alınması layihəsinə qoşulmağı planlaşdırmır.
“Report” ČTK agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Petr Fiala bildirib.
“Çexiya Ukraynaya yardım üçün digər layihələrə və yollara diqqət yetirəcək. Məsələn, Qərb ölkələrinin hesabına üçüncü ölkələrdən alınan sursatların tədarükü təşəbbüsü ilə – bu təklif elə ölkəmiz tərəfindən irəli sürülüb. Ona görə də indiki mərhələdə biz ABŞ-nin bu layihəsində iştirak etməyi düşünmürük”, – o deyib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp müasir Amerika silahlarının sonradan Ukraynaya təhvil verilməsi üçün NATO üzvü olan ölkələrə satmaq planlarını açıqlamışdı. Layihənin koordinasiyasını NATO həyata keçirəcək.
Qeyd edək ki, artıq Almaniya, Böyük Britaniya, Finlandiya, Danimarka, İsveç, Norveç, Niderland və Kanada Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirməyə hazır olduqlarını bildiriblər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.