FIFA 2026-cı il dünya çempionatı üçün bilet satışının birinci mərhələsinin sentyabrın 10-da başlayacağını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Müraciətlərin sayı biletlərin sayından çox olarsa, onların sahibləri təsadüfi qaydada müəyyən ediləcək.
Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək . İlk dəfə olaraq turnirin final mərhələsində 48 komanda çıxış edəcək. Son olaraq 2022-ci ildə Argentina mundialın qalibi olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.