Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 250 məsciddə mini kitabxana yaradılıb.
“Report”un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans çərçivəsində təşkil olunmuş “Din-media münasibətləri: yeni hədəf və çağırışlar” adlı panel sessiyada deyib.
O qeyd edib ki, həmin kitabxanalar komitənin nəzdindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyəsi ilə formalaşdırılıb:
“Mini kitabxanalarda Viktor Hüqonun “Səfillər”, Nizami Gəncəvinin “Leyli və Məcnun”undan tutmuş müasir ədəbiyyata qədər hər dövrdən, hər ölkədən bədii əsərlər, o cümlədən dini ədəbiyyat nümunələri var. Bu ilin sonuna qədər məscidlərdə kitabxana layihəsi tam formalaşdırılıb, başa çatdırılacaq”.
Qeyd edək ki, “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusuna həsr edilmiş konfrans “Global Media Group”un media dəstəyi ilə keçirilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.