Son günlər Azərbaycanda ət məhsullarının qiymətində müşahidə olunan artım həm alıcıları, həm də istehsalçıları narahat edir.
Əvvəllər 14–15 manata satılan mal əti indi 16–17, quzu əti isə 20–24 manata təklif olunur . Bəzi satıcılar isə ətin qiymətinin 20 manata qədər qalxacağını ehtimal edirlər. Həqiqətən ətin qiyməti 20 manata qədər bahalaşa bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, yayda da, qışda da ətin bahalaşmasının əsas səbəbi ölkədə heyvan sayının azalmasıdır:
“Bir neçə ildi yay aylarında ətin qiyməti bahalaşır. İlk olaraq ətin bahalaşmasının səbəbi ölkədə ət istehsalının azalmasıdır, çünki ətin qıtlaşmasını müşahidə edirik. Bir sözlə, tələb təklifi üstələyir”.
Son zamanlar həm yayda, həm qışda ət bahalaşır, artıq qiymətlərin dəyişməsində mövsüm fərqi yoxdur:
“Təxminən 7-8 il bundan əvvəl yay aylarında ət ucuzlaşırdı. Yayda ətin bahalaşmasının səbəblərindən biri də heyvanların açıq şəraitdə saxlanmaıdır. Heyvanların xərcləri artıqca, bu, qiymətlərə təsir edir.
Hesab edirəm ki, iyul-avqust aylarında qiymətin daha da bahalaşması mümkündur. Sentyabr- oktyabr aylarında ola bilsin ki, ətin qiyməti əvvəlki vəziyyətə qayıtsın. Çünki ölkəyə ət idxalı da durmadan artır”.
Mənbə: Turkustan.Az
Comments are closed, but trackbacks and pingbacks are open.