Cari ilin 6 ayı ərzində Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətilə məşğul olmaq üçün iş icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 92 ölkə vətəndaşı müraciət edib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqraqsiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin yanvar – iyun ayları ərzində DMX-nə işlə bağlı 5950 müraciət daxil olub:
“Müvafiq dövr ərzində ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.