İsrail Knessetinin (parlamentinin) “Degel ha-Tora” və “Agudat İsrael” partiyalarından olan üzvləri ultra-ortodoks yəhudilərin hərbi xidmətə çağırılması ilə bağlı fikir ayrılıqları səbəbindən baş nazir Binyamin Netanyahu hökumətini tərk edirlər.
“Report”un məlumatına görə, bu barədə “Times of Israel” nəşri xəbər verir.
Daha əvvəl İsrail Ordusu bu ay yəhudi dini təhsil müəssisələrinin (yeşivaların) tələbələrinə 54 min hərbi xidmətə çağırış vərəqəsi göndərməyi planlaşdırdığını bildirib.
“Yahadut ha-Tora” partiyasının “Agudat İsrael” fraksiyasından olan millət vəkilləri “Degel ha-Tora”dan olan həmkarlarına qoşularaq koalisiya və hökumətdən çıxacaqlar”, – nəşr bildirir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.