İsveç Ukraynaya silah tədarükünün artırılması ilə bağlı səylərə töhfə verəcək

İsveç ABŞ Prezidenti Donald Trampın milyardlarla dollar dəyərində silah təmin etmək qərarından sonra Ukraynaya silah tədarükünün artırılması ilə bağlı səylərə töhfə verəcək.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Jonson bildirib.

“Biz ABŞ-nin Rusiyaya qarşı sanksiyaları gücləndirmək və Ukraynaya “Patriot” kompleksləri və digər silah sistemlərinin tədarükü üçün yol açmaq qərarını alqışlayırıq. İsveç öz töhfəsini verəcək”, – o, təfərrüatları açıqlamadan əlavə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More