Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Slovakiyanın bugünkü Xarici Əlaqələr Şurasındakı mövqeyinə görə tərəflərin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmədiklərini bildirib.
“Report”un Avropa Bürosunun məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Şuranın iclasının yekunlarına dair mətbuat konfransında deyib.
“Biz çox yaxın idik, amma təəssüf ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekun olaraq təsdiq edə bilmədik. Slovakiya bundan imtina etdi. AK prezidenti ölkənin baş nazirinə onu maraqlandıran məsələlərdə ölkəyə dəstəyin necə təmin olunacağına dair təkliflərlə məktub göndərdi. İndi top Slovakiyadadır”, – Kallas qeyd edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.