Latviyanın Baş naziri Zelenskinin dəvəti ilə Ukraynada səfərdədir

Latviyanın hökumət başçısı Evika Siliniya Ukraynada səfərdədir.

“Report”un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə o, sosial şəbəkələrdə məlumat yayıb.

“Latviya ədalətli və uzunmüddətli sülh əldə olunana qədər Ukraynanın yanında olub və olacaq”, – E.Siliniya əlavə edib.

O, Kiyevə Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə səfər edib.

Səfər çərçivəsində o, yüksək vəzifəli rəsmilərlə danışıqlar aparacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More