Lavrov və Əraqçi nüvə proqramı məsələsinin diplomatik yolla həllinin vacibliyini qeyd ediblər

Rusiya və İran XİN başçıları Sergey Lavrov və Abbas Əraqçi İranın nüvə proqramı ətrafında böhranın siyasi-diplomatik vasitələrlə həll edilməsinin vacibliyini qeyd ediblər.

“Report”un Rusiya XİN-in məlumatına istinadən verdiyi məlumata görə, görüş Çinin Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nazirlərinin iclası çərçivəsində baş tutub.

“Tərəflər regional və beynəlxalq gündəlikdəki qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsini davam etdiriblər. İran nüvə proqramı ətrafında böhranın beynəlxalq hüquq normalarına uyğun olaraq yalnız siyasi-diplomatik vasitələrlə həll edilməsinin vacibliyi bir daha vurğulanıb”, – məlumatda bildirilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More