Berlin və Vaşinqton Ukraynaya ümumi dəyəri təxminən 2 milyard avro olan iki “Patriot” hava hücumundan müdafiə sisteminin tədarükünü hazırlayırlar.
“Report”un DPA agentliyinə istinadən məlumatına görə, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius Vaşinqtona səfəri zamanı jurnalistlərə bildirib.
“Lakin son texniki, logistik və maliyyə detallarını hələ aydınlaşdırmaq lazımdır”, – o əlavə edib.
Pistorius əlavə edib ki, bu detallar “həll oluna bilər”. Ehtimal olunur ki, alman tərəfi “Patriot” tədarükünü maliyyələşdirəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.