Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
“Report”un Qərb bürosunun məlumatına görə, güclü külək səbəbindən Qazax rayonun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.
Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.
Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.