Qazaxıstanda xalq yazıçısı, Dövlət mükafatı laureatı Xalijan Bekxojin tərəfindən 1973-cü ildə yazılmış “Appaq-namə” poemasının yeni nəşri hazırlanır.
Bu barədə “Report”un Qazaxıstan bürosuna müsahibəsində onun oğlu – tanınmış qazaxıstanlı jurnalist Yerlan Bekxojin məlumat verib.
“Appaq-namə” poemasını gənc nəsli təkcə atamın yaradıcılığı ilə deyil, həm də onun əsəri vasitəsilə Nizami kimi Azərbaycan xalqının böyük şəxsiyyətlərinin həyatı ilə tanış etmək məqsədilə çap etmək planlaşdırılır. Biz qardaş xalqımızın tarixini bilməliyik”, – Y.Bekxojin bildirib.
Onun sözlərinə görə, yeni nəşr müasir tərtibatla və böyük tirajla işıq üzü görəcək.
“Appaq-namə” poeması Azərbaycan şairi Nizami ilə qıpçaq qız Appaqın talelərinin birləşməsi haqqında tarixi faktı təsvir edir.
Xalijan Bekxojin 1973-cü ildə Nizami və Appaqın məhəbbət tarixindən ilhamlanaraq “Appak-namə” poemasını yazıb. X.Bekxojin, həmçinin tərcümələri ilə tanınır. Yazıçı 1979-cu ildə Nizaminin “Yeddi gözəl” poemasını tərcümə edib.
Foto: Kulpaş Konırova
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.