Qırğızıstan çempionuna transfer olunan futbolçu: “İki azərbaycanlının əcnəbi klubda birgə çıxış etməsi maraqlı haldır”

İki azərbaycanlı futbolçunun əcnəbi klubda birgə çıxış etməsi maraqlı haldır.

Bunu “Report”a açıqlamasında Qırğızıstanın “Abdış-Ata” klubuna transfer olunan azərbaycanlı oyunçu İlkin Muradov deyib.

O, son ölkə çempionuna transferinin karyerası üçün faydalı olacağını bildirib:

“Azərbaycanda Premyer Liqa başa çatanda Qırğızıstan çempionatında mövsümün ilk yarısı hələ bitməmişdi. “Abdış-Ata” klubuna transferimlə bağlı variant yaranmışdı. Sadəcə, mövsümün birinci yarısının başa çatmasını gözləyirdik ki, danışıqlara başlayaq. Başqa ölkədə çıxış etmək fürsətini əldən vermək istəmədim. Komanda yüksək yerlər uğrunda mübarizə aparır. “Abdış-Ata” son ölkə çempionudur. Düzünü bilmək istəyirsinizsə, Mirabdulla Abbasovun transferindən sonradan xəbərim oldu. Əvvəlcədən bilmirdim. Qırğızıstana getdikdən sonra detalları tam öyrəndim. İki azərbaycanlı futbolçunun əcnəbi klubda birgə çıxış etməsi maraqlı haldır”.

Qeyd edək ki, “Abdış-Ata” daha əvvəl digər azərbaycanlı futbolçu Mirabdulla Abbasovu heyətinə qatıb. Komanda hazırda Qırğızıstan çempionatında 25 xalla beşinci sırada qərarlaşıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More