Səfir: FETÖ tamamilə məhv edilənədək Türkiyə mübarizəyə davam edəcək

15 İyul – Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda “15 İyul – Demokratiya və Milli Birlik Günü”nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.

Onun sözlərinə görə, bu xain hücumun dəf edilməsində ən böyük pay dövləti və milləti üçün canını qurban verməyə hazır olan Türkiyə xalqıdır:

“Zəfərin adı Türkiyədir. Can Azərbaycanın güclü dəstəyini də xatırlatmaq istəyirəm”.

Səfir qeyd edib ki, 9 il ərzində Türkiyə FETÖ ilə mübarizə aparıb:

“Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More