Sorğu: Yaponiyanın hakim partiyası parlamentdəki mövqeyini itirəcək

Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) 2024-cü ilin payızında artıq parlamentin aşağı palatasında çoxluğu itirib, iyulun 20-də keçiriləcək seçkilərin nəticələrinə əsasən, çox güman ki, yuxarı palatada da çoxluğu itirəcək.

“Report”un məlumatına görə, bu barədə yerli “Kyodo” agentliyinin keçirdiyi sorğunun nəticələri göstərir.

Bu məlumatlara əsasən, LDP qarşıdan gələn seçkilərin nəticəsində 125 mandatdan yalnız 40-nı qazanacaq ki, bu da yuxarı palatada çoxluğun itirilməsinə gətirib çıxaracaq.

Agentlik yazır ki, bu, baş nazir Şigeru İşibaya təzyiqi artıracaq və onu daha fəal şəkildə istefaya çağıracaqlar.

Eyni zamanda, Konstitusiya-Demokratik Partiyası (ana müxalifət) öz mandatlarını qoruyacaq, lakin parlamentdəki mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilməyəcək.

Bununla yanaşı, kiçik müxalif partiyalar öz mövqelərini mövqelərini yaxşılaşdıracaq.

Baş nazir artıq özü bəyan edib ki, əgər onun partiyası hakim blokdakı tərəfdaşı (“Komeito” partiyası) ilə birlikdə yuxarı palatada koalisiya çoxluğunu qoruyub saxlaya bilsə, seçkilərin nəticəsini məqbul hesab edəcək. Bunun üçün LDP 125 mandatdan ən azı 50-ni qazanmalı olacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More