“Sumqayıt” FK Rauf Rüstəmlini icarəyə götürüb
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız müqavilə ilə “Sabah”a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini 1 illik icarəyə götürüb.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah” və “Şamaxı” klublarının uğurları üçün çalışıb. 21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və “A” milli komandalarımızın da şərəfini qoruyub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.