Tamam Cəfərova: Azərbaycan mediası beynəlxalq informasiya məkanında da rəqabət gücünə malikdir

Azərbaycan mediasi ötən 150 ildə çox şərəfli yol keçib.

“Report”un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Milli Məclisin Şamaxıdan seçilmiş deputatı Tamam Cəfərova burada keçirilən “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın açılış mərasimində deyib.

O qeyd edib ki, mətbuat cəmiyyətin maariflənməsində, milli kimliyini formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb:

“Bu gün də medianın peşəkar fəaliyyətinin şahidi oluruq. 44 günlük Vətən müharibəsində Azərbaycan mətbuatının qəhrəmanlığı və əzmkarlığı xüsusi qeyd edilməlidir. Mediamız Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında, dezinformasiyaların qarşısının alınmasında ciddi fəaliyyət ortaya qoydu. Azərbaycan mediası beynəlxalq informasiya məkanında da rəqabət gücünə malikdir. Medianın qarşısında hazırda yeni çağırışlar dayanır. Azərbaycan mətbuatının bunun öhdəsindən də layiqincə gələcəyinə inanıram”.

Deputat vurğulayıb ki, Zəfər qazanan, regionda yeni reallıq yaradan Azərbaycanın inkişafı yeni təhdidlər də yaradır:

“Bu təhdidlərin əsas vasitələrindən biri də, təəssüf ki, dindir. Azərbaycan mətbuatı isə bu cür təhdidlərin qarşısında, din sahəsində maarifləndirmənin aparılmasında əhəmiyyətli iş ortaya qoyur. Din sahəsində ixtisaslaşmaq jurnalistlərə bu dönəmdə çox böyük avantaj ola bilər”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More