Türkiyə vətəndaşları iyulun 15-də küçələrə axışaraq ölkənin bölünməyinə imkan verməyəcəklərini sübut etdilər.
Bunu “Report”a açıqlamasında 2016-cı ilin iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin şahidi Hasan Kocaman deyib.
Şırnakda PKK ilə mübarizədə qazi olan H.Kocaman fiziki məhdudiyyətinin vətəni üçün küçəyə çıxmasına əngəl olmadığını vurğulayaraq bəyan edib ki, türk milləti hər zaman olduğu kimi, həmin gün də türklüyünü göstərdi:
“2007-ci ildə terrorçulara qarşı əməliyyat zamanı Şırnakda minaya düşüb iki ayağımı itirmişəm. Buna baxmayaraq, iyulun 15-də evdə oturmadım, dövlət çevrilişinə cəhdə qarşı meydana atılıb mübarizə aparanlardan oldum. Biz birlikdə vətən xainlərinə ölkəmizi parçalamağa imkan vermədik”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.