Ukrayna Ali Radası iyulun 15-i keçirilən iclasında Avropa Şurası ilə Xüsusi Tribunalın yaradılması haqqında sənədi təsdiqləyib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, sənədi parlamentə Ukrayna xarici işlər naziri Andrey Sibiqa təqdim edib.
O qeyd edib ki, bu sənəd ilə beynəlxalq cinayət hüququ Ukraynaya qaytarılır:
Nazir bəyan edib ki, bu tarixi hadisədir. O bildirib ki, Tribunal yaradılması üzərində işləyərkən Nürnberq və Tokio tribunallarının, keçmiş Yuqoslaviya tribunalının, Beynəlxalq Cinayət Məhkəməsinin təcrübəsi nəzərə alınıb:
“Rusiya ordusunun Ukraynadakı cinayətlərinin məsuliyyəti qaçılmaz olmalıdır – Ukrayna ərazisinə silahla daxil olmuş hərbi-siyasi rəhbərlikdən tutmuş hər bir əsgərə qədər. Təcavüz cinayətindən bütün törəmə vəhşiliklərə, hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə və soyqırımlara qədər bu Tribunalda baxılacaq”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.