2020-2030-cu illər üçün 98 ölkədə 10 patogena qarşı immunizasiya proqramının 32 milyon həyatı xilas edəcəyi proqnozlaşdırılıb.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin məsləhətçisi Şahnaz Həsənova media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, onların 88%-ni 5 yaşa qədər uşaqlar təşkil edəcək:
“Dünyada immunizasiya sayəsində difteriya, tetanus, göyöskürək, qrip və qızılca kimi xəstəliklərdən hər il 5 milyona qədər ölümün qarşısını alınır. Peyvəndlər çox təhlükəsiz və effektivdir, ona görə də bir neçə peyvəndi eyni gündə vurmaq olar”.
O əlavə edib ki, 30-dan çox təhlükəli xəstəliyə qarşı peyvənd mövcuddur:
”Həmçinin iki xərçəng növünə qarşı peyvənd mövcuddur. Bunlar qaraciyər xərçəngi və uşaqlıq boynu xərçəngi ilə bağlı peyvəndlərdir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.