Uzun illər Premyer Liqada çıxış edən müdafiəçi “Mançester Siti”yə məşqçi təyin olunub

Uzun illər İngiltərə Premyer Liqasında çıxış edən müdafiəçi Kolo Ture “Mançester Siti”yə məşqçi təyin olunub.

“Report” “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis baş məşqçi Pep Qvardiolanın köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, K.Ture futbolçu kimi “Arsenal” (2002-2009), “Mançester Siti” (2009-2013) və “Liverpul” (2013-2016) klublarının şərəfini qoruyub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More