Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib

Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vaqif Poeziya Günləri”nin Şuşa mərhələsi əvvəlcədən elan edilmiş tarixdən fərqli olaraq, 22–23 iyul tarixlərində keçiriləcək.

Tədbir proqramında dəyişiklik yoxdur və bütün ədəbi-bədii tədbirlər, təqdimatlar və çıxışlar əvvəlki kimi planlaşdırılmış şəkildə davam edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More