Prezident Volodimir Zelenski təsdiqləyib ki, Almaniya və Norveç Ukrayna üçün “Patriot” zenit-raket komplekslərini alacaq.
“Report”un məlumatına görə, o bu barədə Telegram kanalında yayımlanan müraciətində bildirib.
Zelenski vurğulayıb ki, Almaniya iki, Norveç isə bir “Patriot” üçün ödəniş etməyə hazırdır.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtondan Ukraynaya yeni silah tədarükünə “Patriot”lar da daxil olacaq. Onun sözlərinə görə, ümumilikdə 17 zenit-raket kompleksinin tədarükü nəzərdən keçirilir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.