ABŞ Hərbi Hava Qüvvələri 2026-cı ildə iki B-21 alacaq

ABŞ Hərbi Hava Qüvvələri 2026-cı ildə “B-21 Raiders” təyyarələri ala bilər.

“Report” xəbər verir ki, bu barədə “Air & Space Forces Magazine” məlumat yayıb.

Qeyd olunur ki, Hərbi Hava Qüvvələrinin 2026-cı maliyyə ili üçün büdcəsinə daxil edilən B-21 strateji bombardmançı istehsalının genişləndirilməsi Kaliforniya ştatının Palmdale şəhərində “Northrop Grumman” zavodu tərəfindən təmin ediləcək.

Hərbi Hava Qüvvələri “B-21” üçün 2026-cı ilə qədər 10,3 milyard dollar tələb edib. Bunun 4,5 milyard dolları istehsalın genişləndirilməsinə sərf olunacaq. İstehsal sürətini nə qədər artırmaq istədikləri məlum deyil. Ehtimal olunur ki, “Northrop Grumman” əvvəlcə ildə 7-8 təyyarə istehsal etməyi planlaşdırırdı.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More