Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Joau Palinya karyerasını A Seriyasında davam etdirə bilər.
“Report” “Bild”ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə “İnter” maraqlanır.
“Bavariya” onu 25-30 milyon avroya satmaq niyyətindədir.
Qeyd edək ki, J.Palinyanın müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. O, ötən ilin yayında “Fulhem”dən 51 milyon avro qarşılığında transfer olunub, cəmi 25 rəsmi oyuna çıxıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.