Cəlilabadda meşə yanğını qeydə alınan ərazidə helikopterlər müşahidə uçuşu aparacaq

Cəlilabad rayonunda meşə yanğını qeydə alınan ərazidə helikopterlər müşahidə uçuşu aparacaq.

“Report”un Muğan bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri ötən gündən rayon ərazisindədir.

Həmçinin meşə yanğını olan ərazidə növbətçi yanğınsöndürənlər xidmət aparır.

Qeyd edək ki, iyulun 15-də günorta saatlarında baş verən meşə yanğını axşam saatlarında məhdudlaşdırılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More