İraq Kürdüstanında neft yataqları bir həftə ərzində üçüncü dəfə hücuma məruz qalıb

İraq Kürdüstanında neft yataqları artıq üçüncü gün ardıcıl olaraq hücumlara məruz qalır.

Bu barədə “Report” “Al Arabia”ya istinadən xəbər verir.

Agentlik bildirir ki, partlayıcı maddələrlə doldurulmuş pilotsuz uçuş aparatları Zaxo sərhəd rayonunda Norveç neft-qaz operatoru DNO-nun obyektlərinə zərbələr endirib.

DNO şirkəti İraqın Türkiyə ilə sərhədinə yaxın yerləşən Tauke və Peşkabir yataqlarını işləyir.

Xatırladaq ki, iyulun 15-də PUA-ların hücumu nəticəsində İraq Kürdüstanındakı “Sərsəng” neft yatağında hasilat dayandırılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More