KİV: Britaniya Əfqanıstanın minlərlə vətəndaşını gizli şəkildə ölkədən çıxarıb

Əfqanıstan minlərlə vətəndaşı gizli hökumət sxemi çərçivəsində Böyük Britaniyaya köçürülüb.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” (FT) iyulun 15-də məsələ ilə bağlı hər hansı məlumatın dərcini qadağan edən məhkəmə qərarının ləğvindən sonra yazıb.

Yenicə ictimaiyyətə açıqlanan sənədlər 2021-ci ilin avqustunda “Taliban” hakimiyyətə gələnə qədər Londonla sıx əməkdaşlıq edən 25 minə yaxın əfqanın şəxsi məlumatlarının 2022-ci ilin fevralında təsadüfən internetə sızdığını ortaya qoyub. Sızma Britaniya Müdafiə Nazirliyinin əməkdaşının təqsiri üzündən baş verib və o, onları səhvən dərc edib. Qəzet yazır ki, ailə üzvlərini nəzərə alsaq, risk altında olan insanların sayı 100 minə çata bilər.

Böyük Britaniya hökuməti sızmadan yalnız 2023-cü ilin avqustunda xəbər tutub və bu insanları krallığa köçürmək üçün fəaliyyətə başlayıb.

“Financial Times”ın məlumatına görə, Britaniya hökuməti artıq məxfi sənədlərdə adı çəkilən 18 500-ə yaxın əfqanı köçürüb. Bu rəqəmə artıq mövcud mexanizm əsasında köçürülmə hüququ olan şəxslər daxildir. Sızmanın birbaşa nəticəsi olaraq 5 500 nəfər köçürülüb və gələcəkdə azı daha 2 400 nəfərin köçürülməsi gözlənilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More