Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.
“Report” bu barədə “Mash” teleqram kanalına istinadən xəbər verir.
Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür.
Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar.
Yaralının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. İlkin məlumata görə, onun çiyin, bilək və döş qəfəsində beşə yaxın yara var.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.