Mosul hava limanı 11 ildən sonra fəaliyyətini bərpa edir

İraq şimal şəhəri Mosulda 11 il əvvəl İŞİD-in hücumları və dağıntıları fonunda bağlanmış hava limanının fəaliyyətini bərpa edib.

“Report”un “Aljazeera”ya istinadən verdiyi məlumata görə, limanın açılışını İraq Baş naziri Məhəmməd Şia əl-Sudani elan edib.

“Hava limanı Mosul ilə digər İraq şəhərləri və regional təyinat məntəqələri arasında əlavə əlaqə həlqəsi olacaq”, – Baş nazirin mətbuat xidməti onun sözlərinə sitat gətirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More