Oğuzda meşəlik ərazidə üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb

Oğuzda bədbəxt hadisə nəticəsində Qəbələ sakini ölüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxal kəndində, meşə ərazisində qeydə alınıb.

Qəbələ rayonu Abrıx kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev meşəlik ərazidə üzərinə ağac düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More