Qranit Caka İngiltərə klubu ilə danışıqlara başlayıb

Almaniyanın “Bayer 04” klubunun yarımmüdafiəçisi Qranit Caka İngiltərə təmsilçisi “Sanderlend”lə danışıqlara başlayıb.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, 32 yaşlı isveçrəli futbolçuya 3 illik müqavilə təklif olunub.

Onun müqaviləsinin müddətinin bitməsinə 3 il qalsa da, yayda komandanı tərk edə bilər. Onunla daha əvvəl “Milan” (İtaliya) və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilmişdi.

Qeyd edək ki, Q.Caka 2023-cü ildən Bundesliqa klubunun formasını geyinir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More