“Real” müdafiəçisi ilə yolları ayırıb

İspaniyanın “Real” klubu müdafiəçisi Lukas Vaskeslə yolları ayırıb.

“Report” xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə vida mərasimi iyulun 17-də baş tutacaq.

Arxa xətt oyunçusu “Real”ın yetirməsidir. O, kluba 2007-ci ildə 16 yaşında qoşulub və aşağı yaş qruplarından ibarət bütün komandalarda çıxış edib. Daha sonra icarə əsasında “Espanyol”a gedən futbolçu 2015-ci ilin sentyabrında yenidən “Real”ın düşərgəsinə qayıdıb və əsas komandaya qoşulub.

Qeyd edək ki, L.Vaskes 10 mövsüm ərzində “Real”ın heyətində 402 oyun keçirib. Bu müddət ərzində o, 23 titul qazanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More