Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5000 min rubla qədər (təxminən 109 manat – red.) cəriməni nəzərdə tutan düzəlişi təsdiqləyib.
“Report” bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, dəyişikliklə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə yeni, 13.53-cü “Ekstremist materialların axtarışı və onlara giriş əldə etmək, o cümlədən girişi məhdudlaşdırılan informasiya ehtiyatlarına, telekommunikasiya şəbəkələrinə daxil olmaq üçün proqram və texniki vasitələrdən istifadə” maddəsi əlavə ediləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.