ABŞ Prezidenti Donald Tramp NATO-nun silah müqaviləsi çərçivəsində Ukraynaya ilk “Patriot” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına başlanıldığını bəyan edib.
“Report” xəbər verir ki, bu barədə o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.
Əvvəllər bildirilirdi ki, NATO ölkələri Ukraynanı öz arsenallarından silahlarla təmin edəcək və ehtiyatlarını artırmaq üçün ABŞ ilə yeni tədarüklər üçün müqavilələr bağlayacaq.
Tramp həmçinin qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı Tehranla danışıqların növbəti raundunun təcili keçirilməsini zəruri hesab etmir.
“Onlar (İran hakimiyyəti – red.) danışıqlar aparmaq istəyirlər. Mən danışıqlara tələsmirəm, çünki biz onların nüvə obyektini məhv etmişik”, – Ağ Ev rəhbəri bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.