3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları müəyyənləşib

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları müəyyənləşib.

“Report” xəbər verir ki, yarış iyulun 26-27-də keçiriləcək.

Sumqayıt mərhələsində Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya milliləri, həmçinin “Karolina” (Puerto Riko), “Pekin” (Çin), “Takasaki” (Yaponiya) və “Rapid” (Rumıniya) klubları mübarizə aparacaq.

Qeyd edək ki, qarşılaşmalar Sumqayıt şəhərinin dənizkənarı bulvarında baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More