ABŞ Senatı federal büdcənin 9 milyard ABŞ dolları azaldılmasına səs verib ki, bu da Prezident Donald Trampın ilk böyük siyasi qələbəsi olub.
“Report” xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu qələbə daha çox simvolik olsa da, respublikaçılar bunu mühüm nailiyyət hesab edirlər.
Sənədlər paketi yekun səsvermə üçün Nümayəndələr Palatasına göndərilib.
“Bu, maliyyə ehtiyatlılığına doğru kiçik, lakin mühüm addımdır. Hamımız razılaşmalıyıq ki, bu, çoxdan gözlənilirdi”, – Senatda çoxluq lideri Con Tun bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.