Almaniya klubu Belçika millisinin futbolçusu ilə müqavilə imzalayıb

Almaniyanın “Leyptsiq” klubu Niderland təmsilçisi PSV-nin və Belçika millisinin futbolçusu Yohan Bakayoko ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Transfermarkt” belçikalı hücumçunun 18 milyon avroya başa gəldiyini bildirib. O, 2024/2025 mövsümündə meydana çıxdığı 46 matçda 12 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More