ABŞ-nin Alyaska yarımadasında 7,1 bal gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar Sand-Point şəhərindən 87 km cənubda 10 km dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra Alyaskanın bəzi hissələri üçün sunami xəbərdarlığı edilib və həmin ərazilərdə yaşayan sakinlərdən digər yerlərə təxliyə olunmaq və ya çoxmərtəbəli binanın yuxarı mərtəbəsinə köçmək çağırışı edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.