“Araz-Naxçıvan” Türkiyədəki sonuncu yoxlama matçında qələbə qazanıb

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” sonuncu yoxlama matçında qələbə qazanıb.

“Report” xəbər verir ki, komanda Türkiyə Superliqasının aparıcı klublarından “Trabzonspor”la qarşılaşıb.

Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, “Konyaspora” məğlub olub – 1:2. Komanda iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More